Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq


İyulun 8-9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə «Trend»ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyulun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 8-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 20-24, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG