Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:41

Həyatda olmayan adamlar məktəblərdə çalışır


Mətbuat icmalı
Mətbuat icmalı
-
İyulun 7-də çıxan qəzetlərdə əsas mövzulardan biri yenə də İranda həbs edilən azərbaycanlı şairlərdir.

«Bizim yol» qəzeti yazır ki, şairlərin İrandakı Azərbaycan konsulu ilə görüşünə şərait yaradılmalıdır. Qəzetin bildirdiyinə görə, Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik missiyasını başa vuran İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami ilə görüşündə belə deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə jurnalistlərə açıqlamasında deyib ki, hər bir azərbaycanlının xarici ölkələrdə qarşılaşdığı istənilən problem Azərbaycan dövlətini düşündürür. Amma:«Ola bilər ki, bəzən görülən işlərin böyük hissəsi mətbuat səhifələrinə çıxmasın».

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Monteneqroda ada alıb. Qəzet bildirir ki, tərəflər arasında 320 milyon dollarlıq sövdələşmə olub.

Şirkət Adriatik dənizində vaxtilə hərbi hissə yerləşən adanı kurort cənnətinə çevirəcək; Azərbaycanın Ermənistanla sərhəd bölgələrində isə qazlaşdırma «pul çatışmazlığı» üzündən yarımçıq qalıb.

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, Avropa İttifaqı müxalifəti qeyri-ciddi kiçik qrup hesab edir. Qeyd olunur ki, radikal müxalifətin apardığı yalan təbliğat növbəti dəfə ifşa olunub. Azərbaycana səfər edən daha bir ciddi siyasətçi - Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy müxalifət təmsilçiləri ilə görüşməkdən imtina edib.

«Azadlıq» qəzeti isə qeyd edir ki, Baş Prokurorluq Bakı Təhsil İdarəsində dövlət vəsaitinin mənimsənilməsi barədə bir müddət əvvəl qəzetin yazdıqlarını təsdiqləyib. Belə ki, yalnız Nəsimi rayon məktəbləri üçün ayrılan dövlət vəsaitindən 3 milyon manatadək pul ayrı-ayrı adamların adına yazılaraq mənimsənilib. O da bəlli olub ki, bu adda adamlar yoxdur və onlara aid şəxsiyyət vəsiqələrinin nömrələri yalançıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG