Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:52

“İnformasiya əldə etmək haqqında” qanuna düzəlişləri prezident imzalayıb


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

-

Prezident İlham Əliyev “İnformasiya əldə etmək haqqında” haqqında qanuna əlavələri imzalayıb.

Həmin əlavələrdə göstərilir ki, bundan sonra dövlət orqanlarından informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, “bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”.

Prezident iyunun 12-də imzaladığı bu sənəd iyulun 6-da rəsmi informasiya vasitələri ilə yayılıb.

Qanuna bu dəyişikliyi insan haqları fəalları və əksər media fəalları Azərbaycanda informasiya əldə olunmasına əlavə məhdudiyyətlərin tətbiqi kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG