Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

İnformasiya əldə etmək haqda qanuna dəyişiliklər təsdiqləndi


Azərbaycan prezidenti İlham Əliyev İnformasiya əldə etmək haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Milli Məclisin qəbul elədiyi və sözügedən qəbul elədiyi dəyişikliklərə əsasən, İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Parlamentin qanunu qəbul etməsindən sonra ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatovic bu dəyişikliklərin ictimai müzakirə olmadan qəbulunu tənqid edib, informasiya əldə etmək hüququnu məhdudlaşdırdığını bildirmişdi.
XS
SM
MD
LG