Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:24

ABŞ, Fransa və Britaniya Suriyaya qarşı yeni sanksiyalara çağırır, Rusiya və Çini ittiham edirlər


ABŞ, Fransa və Britaniya Suriyaya qarşı daha sərt sanksiyalara çağırıb, Rusiya və Çini isə beynəlxalq aləmin münaqişəyə son qoymaq yolundakı səylərini pozmaqda ittiham ediblər.

Parisdə iyulun 6-da başlanan “Suriyanın dostları” qrupunun konfransında 100-ə yaxın ölkənin və Suriya müxalifətinin də onlarla təmsilçisi iştirak edir. Rusiya və Çin isə konfransı boykot edirlər.

ABŞ Dövlət Katibi Hillary Clinton, çıxışında BMT Təhlükəsizlik Şurasını Suriyada siyasi dəyişiklə bağlı qətnamə və prezidenti Bashar Assad və yaxınlarına qarşı sərt sanksiyalar qəbul etməyə çağırıb. Clinton deyib ki, Rusiya və Çin də Assadi qoruduqlarına cavab verməlidirlər.

Fransa prezidenti Francois Hollande isə bildirib ki, Bashar Assad hakimiyyətdən getməli və Suriyada müvəqqəti hökumət qurulmalıdır.

Dünən Suriyanın müxtəlif şəhərlərindəki toqquşmalarda azı 56 adam ölüb. Suriyalı hüquq müdafiəçilərinin xəbərinə görə, onlardan 39-u dinc sakinlər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG