Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Rusiyada QHT_lərlə bağlı mübahisəli qanun səsverməyə çıxarılır


Rusiya parlamenti iyulun 6-da, bu gün Qeyri Hökumət Təşkilatları ilə bağlı mübahisəli qanun layihəsini səsverməyə çıxaracaqlar. Qanun layihəsi xaricdən maliyyələşən QHT fəallarını xarici agentlər kimi tanıyır və onların məhz xarici agentlər kimi qeydiyyatdan keçməsi və vaxtaşırı yoxlanması kimi tələblər irəli sürür. Qanunu pozanları ağır cərimələr və həbs cəzası gözləyir.

Hakim partiyanın – Vahid Rusiyanın irəli sürdüyü qanun layihəsinə qarşı iyulun 6-da Dövlət Duması qarşısında etiraz aksiyası keçirilib.

Qanunu dəstəkləyənlər ABŞ-da da oxşar qanunverciliyin olmasını əsas gətirirlər. Müxalifət isə bu qanunla Putin rejiminin özünə qarşı çıxan vətəndaş cəmiyyətini boğmaq istədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG