Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27
Ernest Hemingway’in «Əlvida, silah!» romanı bu ayın sonlarında 47 sonluqla nəşr olunacaq.

Xəbəri The New York Times yayıb.

Yeni nəşrdə romanın adının və süjetinin qaralama variantları, həmçinin əvvəllər romana salınmamış epizodlar yer alacaq.

Hemingway-in varisləri artıq romanın yeni nəşri üçün ABŞ-ın Simon & Schuster nəşriyyatının Scribner mətbəəsi ilə razılaşıblar.

Kitab 330 səhifədən ibarət olacaq.

Xəbərdə deyilir ki, yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb.

Hemingway-in Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvə Hemingway isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb.

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də» adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah! » adının üstündə dayanıb.

Yeni nəşrin üz qabığında Ernest Hemingway-in rəsminin olacağı xəbər verilir.

Hemingway –in «Əlvida, silah!» romanı ilk dəfə 1929-cu ildə çıxıb.

Roman avtobioqrafik sayılır.

Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib.

Milanda yaralanıb hospitala düşən Hemingway tibb bacısına aşiq olub.

Xatırladaq ki, Hemingway «Əcəl zəngi», «Və Günəş doğacaq», «Okeanda adalar» kimi məşhur romanların müəllifidir.

O, 1961-ci ildə özünə qəsd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG