Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:20

İlqar Rzayevin məhkəməsi keçirilib


İyulun 6-da İlqar Rzayevin məhkəməsi keçirilib. Nərimanov Rayon Məhkəməsində keçirilən ilk prosesdə vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırsa da hakim vəsatəti təmin etməyib.

Əsabəli Mustafayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, nə narkotikin İlqar Rzayevə aid olması sübuta yetirib, nə cinayət işi materiallarında bununla bağlı dəlil-sübut var.

«Qanunvericiliyə görə, hətta cinayət hadisəsi baş veribsə belə, şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, onun cinayətə aidiyyəti sübuta yetirilsin».

Vəkilin digər bir vəsatəti müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə dövründə azadlığa buraxılması barədə olub. Amma bu da təmin edilməyib.

Proses iyulun 20-də davam edəcək.

İlqar Rzayev Bakının mərkəzində aparılan söküntü zamanı evi uçurulmuş Şirinbacı Rzayevanın oğludur.

Şirinbacı Rzayeva İctimai Palatanın aprelin 22-də keçirdiyi mitinqdə söz alaraq hakimiyyəti sərt tənqid edib. Bundan sonra İlqar Rzayevin ailəsinin yaşadığı ev sökülüb. Daha sonra Şirinbacı Rzayeva və digər oğlu işdən çıxarılıb.

İlqar Rzayev mayın 11-də tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur. İttiham təsdiqlənərsə o 3 il azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG