Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

İran deputatı Azərbaycanı Qərbin siyasətinə qoşulmamağa çağırıb


İran deputatı Azərbaycanı İrana qarşı Qərbin və İsrailin siyasətinə qoşulmaqdan çəkinməyə çağırıb.

İran parlamentini təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Hossein Naqavi-Hosseini deyib ki, “Azərbaycan islam ölkələri və müsəlman dünyasının maraqlarına uyğun hərəkət etməli, ABŞ və İsrail rejimlərinin təzyiqlərinə boyun əyməməlidir”.

Hossein Naqavi-Hosseini bildirib ki, İsrail son vaxtlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə İrana qarşı casus fəaliyyətini artırıb. O, həbs olunmuş iki azərbaycanlını nəzərdə tutaraq deyib ki, “azərbaycanlı casuslardan və casus qrupundan əldə edilmiş sənədlər və sübutlar göstərir ki, sionistlər bu cür casus tədbirlərinin müəllifidirlər”.

Adı çəkilməyən İran rəsmisi bildirib ki, sübutlar göstərir ki, iki azərbaycanlını -
Şəhriyar Hacızadə və Fərid Hüseynovu İrana Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İranda separatçılığı gücləndirmək üçün göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG