Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14

BTC-dən indiyə kimi 191 milyon yarım neft nəql olunub


Bakı-Tbilisi-Ceyhan (BTC) istifadəyə veriləndən indiyə qədər bu kəmərlə 191 milyon 553 min ton neft nəql olunub.

Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb. İlin əvvəlindən BTC kəməri ilə ötürülən neftin həcmi 16 milyon tona yaxın olub.

Bu ilin may ayına qədər isə BTC kəməri ilə 216 min tona yaxın Türkmənistan nefti nəql olunub.

Bakı-Tbilisi-Ceyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməridir. Uzunluğu 1773 kilometrdir. Kəmər 3 ölkənin Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçir.

BTC ilə neft nəqlinə 2005-ci il mayın 10-da başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG