Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

AB prezidenti Azərbyacanı demokratik hüququ təmin etməyə çağırır


Avropa Birliyinin prezidenti Herman Van Rompuy Azərbaycanı demokratik hüquqları təmin etməyə çağırıb. Bu barədə «Frans-Press» agentliyi xəbər yayıb.

«Avropa Birliyinə sabit, proqressiv və tolerant, demokratik islahatlara və modernləşməyə sadiq Azərbaycan lazımdır», Van Rompuy Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra verdiyi bəyanatda belə deyib.

Van Rompuy 2011-ci il aprelin 2-də həbs olunmuş doqquz müxalifətçinin buraxılmasını alqışlayıb. «Bu, Azərbaycanın mülki və siyasi hüquqlarının təmin olunması istiqamətində müsbət addımdır, ancaq daha çox addım atmaq lazımdır».

Van Rompuy həmçinin Azərbaycanın «sürətlə modernləşməsini» və neft və qaz təchizatçısı kimi «strateji əhəmiyyətini» alqışlayıb.

O, ötən həftə Bakı ilə Ankaranın imzaladığı 7 milyard dollarlıq Trans-Anadolu qaz kəməri barədə sazişi də alqışlayıb. Bu kəmərin Xəzər Dənizindən daha çox enerjinin Avropaya çatdırılması üçün AB-nin Cənub Qaz Dəhlizinin reallaşmasında bir addım olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG