Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Azərbaycan hərbçiləri Ukraynada təlimə qatılacaq



Azərbaycan hərbçiləri iyulun 9-dan 21-dək Odessa şəhərində, Qara dənizdə keçiriləcək "Sea Breeze-2012" Ukrayna-ABŞ birgə təlimində iştirak edəcək. Bu barədə Lent.az Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Builki təlimin ssenarisi dənizdə beynəlxalq təhlükəsizlik əməliyyatlarının həyata keçirilməsini əhatə edir.

Təlimə Azərbaycan, Əlcəzair, Banqladeş, Belçika, Gürcüstan, İsrail, Kanada, Qatar, Norveç, Moldova, Almaniya, İsveç, BƏƏ, Portuqaliya, ABŞ, Türkiyə və Ukrayna daxil olmaqla 17 ölkənin silahlı qüvvələrinin nümayəndələrinin qatılması gözlənilir.
XS
SM
MD
LG