Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Azərbaycan Əfqanıstana kömək edəcək



Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Milli Fəlakətlər İdarəçiliyinin Baş Direktoru Mohammad Daim Kakarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Əfqanıstanlı qonaqları ölkəmizdə salamlayıb, ölkəmizin qardaş Əfqanıstan xalqına hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb və bu ölkədə sülh və sabitliyin bərpasına tərəfdar olduqlarını diqqətə çatdırıb.

Mohammad Daim Kakar ölkəsinə olan dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, bir çox sahələrdə, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini qeyd edib.

Qonaq Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin dəstəyini, xüsusilə əfqanıstanlı ekspertlər üçün bu sahədə təlimlərin keçirilməsini yüksək qiymətləndirib.

Görüşdə həmçinin, fövqəladə halların, xüsusən də fəlakət və sel daşqınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
XS
SM
MD
LG