Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

Futbolla bağlı iki inqilabi qərar verildi


İngiltərə yığmasının oyunçusu John Terry qapı xəttini keçmiş topu geri çevirir... Hakim Ukraynanın qolunu saymır, 19 iyun 2012
İngiltərə yığmasının oyunçusu John Terry qapı xəttini keçmiş topu geri çevirir... Hakim Ukraynanın qolunu saymır, 19 iyun 2012
-


Bundan sonra topun qapı xəttini keçib-keçməməsini aydınlaşdırmaq üçün xüsusi texnologiyadan istifadə ediləcək.

Bundan başqa qadınlar başı hicablı da futbol oynaya biləcəklər.

Hər iki qərarı Beynəlxalq Futbol Assosiasiyasının ali orqanı - Şurası iyulun 5-də qəbul edib.

Bu barədə “Röyters” agentliyinə istinadla AzadlıqRadiosu xəbər verir.

Hazırda iki belə texnologiya sınaqdan keçirilir - Hawk-Eye və GoalRef.

Yeni texnologiyalardan bu ilin dekabrında Tokioda keçiriləcək Klubların Dünya Çempionatında, 2013-cü ilin Konfederasiya Kubokunda və 2014-cü ilin Dünya Çempionatında istifadə ediləcək.

Ayrı-ayrı ölkələrin futbol federasiyaları isə yeni texnologiyaları qəbul edib-etməməklə bağlı özləri qərar verəcəklər.

Məsələn, İngiltərə Liqası dərhal qərarı alqışlayıb.

FIFA prezidenti Sepp Blatter əvvəllər qolun olub-olmamasını yoxlamaq üçün xüsusi texnologiyalardan istifadənin əleyhinə olsa da, Avro-2012-də Ukrayna millisinin İngiltərəyə vurduğu, amma sayılmayan qoldan sonra fikrini dəyişib.

GoalRef sistemi topun qapı xəttini keçib-keçməməsini maqnit sahəsi vasitəsilə yoxlayır, Hawk-Eye sistemi isə kameralardan istifadə edir.

Hicaba gəlincə, Şura hesab edir ki, bununla bağlı təhlükəsizlik və tibbi arqumentlərin gətirilməsinə əsas yoxdur. Qadın futbolçular hicab taxa bilər.

FİFA hicabla bağlı qadağanı 2007-ci ildə tətbiq etmişdi.

Bu qərarın daha çox müsəlman qızı futbol oynamağa həvəsləndirəcəyi ehtimal edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG