Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:58

Səadət Sarayı açıldı


Səadət Sarayı
Səadət Sarayı
Açılış mərasiminə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıb.

2007-ci ildən təmirə dayanan sarayın bərpasına Nazirlər Kabinetinin sərəncamları ilə 26 milyon manat pul ayrılıb.

Sarayı Gənclər və İdman Nazirliyinin sifarişi ilə «Serbaz» Layihə və Tikinti şirkəti bərpa edib.

Gənclər və İdman naziri Azad Rəhimov APA-ya bildirib ki, tamamilə müasir təchizatla təmin olunan sarayda zəlzələyə qarşı yeni sistem quraşdırılıb:

«Saray 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, saray uzun illər xalqa xidmət edəcək».

Səadət Sarayını Bakı milyonçusu Murtuza Muxtarov ömür yoldaşı Liza xanım üçün 1911-12-ci illərdə tikdirib.

Sarayın memarı polyak Józef Plośko'dur.
XS
SM
MD
LG