Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Yasir Ərafatın qəbri bir şərtlə açıla bilər


Fələstin lideri Mahmud Abbas bildirib ki, muxtariyyətin keçmiş rəhbəri Yasir Ərafatın qəbrinin açılmasına bir şərtlə icazə verə bilər.

Gərək İsveçrə laboratoriyası əsaslı dəlillər göstərsin ki, həqiqətən də Ərafat radioaktiv maddə ilə zəhərlənə bilərdi.

Laboratoriya bildirir ki, Ərafatın paltarlarında yüksək dozada polonium-210 maddəsi tapılıb.

Paltarları laboratoriyaya Ərafatın xanımı təqdim edib.

Amma laboratoriya birmənalı demir ki, bu 2004-cü ildə Ərafatın öldürüldüyünü, öz əcəli ilə ölmədiyini sübut edir.

Mahmud Abbas bildirib ki, o, İsveçrədəki laboratoriyaya nümayəndələr göndərməyi planlaşdırır.
XS
SM
MD
LG