Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:10

Hansı «Facebook» statusları qəzəb, hansı rəğbət doğurur? [Video]


Hansı «Facebook» statusları qəzəb, hansı rəğbət doğurur?
Gözlə

No media source currently available

0:00 0:54:47 0:00
Direct-ə keçid

Hansı statuslar adamı qıcıqlandırır? Bəs hansı statuslar «Like» yığır?

-
«Facebook» profilimdə nə yazım ki, diqqəti cəlb etsin?

Yəqin ki, bu sualı aktiv «Facebook» istifadəçiləri özlərinə tez-tez verirlər.

Azadlıq Facebook Məkanının qonaqları Günel Mövlud, Araz Bayramov, bloqqer Azər Nəzərov hansı məzmunda statusun qıcıq, hansının rəğbət doğurduğuna nəzər yetiriblər.

Günel Mövlud: «Maraqlıdır ki, hətta zövqünə, dünyagörüşünə inandığın şəxslər sənin ciddi sayıb paylaşdığın şeylərə diqqət ayırmırlar. Əksinə, onlar ovqatının şən və ya kədərli vaxtında yazdığın statusu daha çox müzakirə edirlər».

Araz Bayramov: «Status yazanda düşünmürəm ki, buna nə qədər «Like» gələcək, kimlərsə bəyənməyəcək. Bunu hesablayıb yazanlara mən qeyri-ciddi yanaşıram».

Verilişə telefonla qoşulan Azər Nəzərov: «Biz veb-təlim üçün elan verəndə «Facebook» ünvanını da istəyirik. Ona görə ki, adamın yazdığı statusları görüb onun dünyagörüşü, intellektual səviyyəsi barədə bizdə təsəvvür yaranır. Təlim proqramlarını da buna uyğun hazırlayırıq».

- Günel Mövlud anasının açıq sinəsi ilə bağlı yazdığı statusu niyə sildi?
- Hansı statuslar adamı qıcıqlandırır?
- Bəs hansı statuslar «Like» yığır?
- «Facebook»da Azərbaycan istifadəçiləri necə görünür?
- Statuslarda sözü soyundurmaq olarmı?

Bu sualların cavabını burdan dinlə


XS
SM
MD
LG