Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Rusiyada rok musiqiçilərin müdafiəçisi döyülüb [VIDEO]


Moskvanın «Xilaskar Məsih» kilsəsində xuliqanlıq etmək ittihamı ilə həbs edilmiş «Pussy Riot» pank-rok qrupunu dəstəkləyənlərdən biri pravoslav fəallar tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar polisə şikayət ərizəsi verib.

Tatyana Romanovanın vəkili deyib ki, müdafiə etdiyi şəxs qrupun həbsdəki 3 üzvünün məhkəmə prosesinə gedərkən hücuma məruz qalıb.

Vəkilin sözlərinə görə, Romanova beyin sarsıntısı keçirib və dişlərindən zədə alıb.

«Pussy Riot» un üç üzvü aclıq aksiyasına başlayıb. Musiqiçilər xuliqanlıq ittihamı ilə 7 ilə qədər həbs edilə bilərlər.

Qızlardan ibarət «Pussy Riot» qrupunun üzvləri bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «pank-dua» etmişdilər.

Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri tərəfindən mehrabdan uzaqlaşdırılmışdılar.

Bu, böyük qalmaqala səbəb olmuş, pravoslav kilsəsi olayı pisləmişdi.

Qrupunun həbsdə olan 3 üzvünün - Yekaterina Samuseviç, Nadejda TolokonnikovaMaria Alyoxinanın işinə Moskva Şəhər Məhkəməsində baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG