Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54
Gəncədə xalq artisti, tanınmış aktyor Ələddin Abbasovun 90 illik yubileyi qeyd ediləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı yayıb.

1922-ci ilin mayında Gəncədə anadan olan sənətkar Gəncədəki Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və digər tanınmış aktyorlarla çiyin-çiyinə çalışıb.

1958-ci ildə respublikanın əməkdar artisti, 1971-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

70 ildən artıq yaradıcılıq yolu keçərək yüzlərlə dramatik və komik rollar ifa edib, 20-dən artıq filmdə çəkilib.

«Mən ki, gözəl deyildim»də İmran, «Özgə ömrü»ndə ata, «Qatır Məmməd»də Məşədi Göyüş, «Nizami»də Xaqani rollarını məharətlə ifa edib.

Onun ən yaddaqalan obrazı isə «Dəli Kür» filmindəki Cahandar ağa obrazıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG