Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

Seulun balina ovu planları etirazla qarşılanır


Asiya ölkələri və ətraf mühit mühafizəçiləri elmi araşdırma üçün balinaların öldürülməsinə imkan verən hüququ boşluqdan istifadə edən Cənubi Koreyanın balina ovuna başlamaq planlarına etiraz edir.

Cənubi Koreya öz planları barədə iyulun 4-də Panamada Beynəlxalq Balina Ovçuluğu Komissiyasındakı toplantıda açıqlama verib.

Tənqidçilər deyirlər ki, bu addımla Cənubi Koreya 1986-cı ildə kommersiya məqsədli balina ovçuluğuna qoyulan moratoriumdan sonra Yaponiyanın mübahisəli “elmi tədqiqat məqsədli” ekspedisiyalarından bəhrələnib.

Avstraliya və Yeni Zelandiya hökumətləri Seulun bu təklifinə qarşı mübarizə aparmağı söz veriblər.
XS
SM
MD
LG