Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

Amnesty: “Uyğurlar təqibə məruz qalır”


Amnesty International təşkilatının hüquq qrupları deyir ki, Çin ucqar qərb regionu olan Xinjiangda 3 il əvvəl baş qaldırmış qiyamın ardınca onlarla etnik uyğuru həbs və təhdid edir.

2009-cu ilin iyulunda Urumçinin paytaxtında əksəriyyəti təşkil edən çinlilərlə azlıqda qalan müsəlman uyğurlar arasında qarşıdurma baş verib, 200-ə yaxın insan öldürülüb.

Bundan sonra Çin bu iğtişaşlarda təhrikedici kimi təqsirləndirilən doqquz nəfər edam edib, yüzlərlə insan isə tutulub və təqibə məruz qalıb.

Amnesty bildirir ki, 2009-cu ildə insan haqlarının pozulmasına etiraz vaxtı və ondan sonra yoxa çıxan yaxınları barədə məlumat almaq istəyən ailələrin hökumət tərəfindən təzyiqə məruz qalmasına dair yeni faktlar var.

Londonda yerləşən hüquq müdafiə təşkilatı deyir ki, onlarla uyğur ailəsi qohumlarının o vaxtdan bəri itkin düşdüklərinə dair açıq-aşkar çıxış edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG