Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:10

Kambocada naməlum xəstəlik 60 uşağı öldürüb


İyulun 5-də Ümumdünya səhiyyə təşkilatı bildirib ki, Kamboca həkimləri son 3 ayda 60 uşağın ölümünə səbəb olan müəmmalı xəstəliyin səbəblərini axtarırlar.

ÜST sözçüsü Aphaluck Bhatiasevi deyib ki, aprel ayından bəri “diaqnoz qoyula bilməyən sindrom” hospitala yerləşdirilən 62 uşaqdan 61-nin ölümü ilə nəticələnib, amma bu xəstəliyin insandan insana keçməsinə dair hər hansı göstərici yoxdur. Onun sözlərinə görə, tibb işçiləri müəyyənləşdirməyə çalışırlar ki, bütün hallar eyni xəstəlikdir, yoxsa müxtəlif.

Xəstəliyə düçar olan uşaqlar ən azı 10 yaşlılardır və onlardan birincisində əvvəlcə yüksək temperatur, ardınca isə nevroloji simptomlar və ağır respirator problemlər müşahidə olunub. Hadisə əsasən Kambocanın cənubunda qeydə alınıb.
XS
SM
MD
LG