Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27

Od tutub yanan qiymətlər, «İlham Əliyev.İnkişaf - Məqsədimizdir» çoxcildliyi...


Mətbuat icmalı

Mətbuat icmalı

«BAKIDAKI «VENESİYA» KASIBLAR ÜÇÜN ƏLÇATMAZDIR»

«Azadlıq» qəzeti yazır ki, yeni açılan su şəhərciyində qiymətlər isti yay günlərində od tutub yanır.

«Qayıqla gəzmək istəyənlər 20 dəqiqəyə beş manat ödəməlidirlər. «Venesiya» restoranında isə qiymətlər nəinki aşağı təbəqənin, heç orta təbəqənin də cibinə uyğun deyil. Pitsalar 9-15 manat, isti yeməklər 12-18 manat, soyuq qəlyanaltı 9-15 manat, salatlar 8-15 manat arasında dəyişir. İçkilərin 50 qramı 4-15 manatdır. «Venesiya» restoranındakı 50 nəfərlik banket zalına 806 manat pul ödəmək lazımdır. İçki və şirə də tələb etsən, ən azı 1000 manatını «Venesiya»da qoyub getməlisən».

SƏRİN HAVA BAKI ÇİMƏRLİKLƏRİNİ BOŞALTDI

«Yeni Müsavat» qəzeti yazır ki, son günlər havaların sərin keçməsi çimərliklərin, dondurma satanların iş səviyyəsini aşağı salıb. «Qarpız satanlar da gileylənir. Camaat qarpızı dənizə gedəndə alır. Hava soyuduğundan dəniz mövsümü də zəifləyib. Pivəxanalarda da müştəri qıtlığı sezilir».

«İLHAM ƏLİYEV. İNKİŞAF – MƏQSƏDİMİZDİR» ÇOXCİLDLİYİNİN DOQQUZUNCU CİLDİ ÇAPDAN ÇIXIB

«Azərbaycan» qəzeti yazır ki, «çoxcildliyin bu kitabında prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 3-cü qurultayında nitqi, respublikamızda aparılan iqtisadi siyasətin müxtəlif sahələrinə - sahibkarlara, sosial məsələlərə, yoxsulluğun azaldılmasına, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda ictimai-siyasi həyatın digər məsələlərinə dair çıxışları, tövsiyələri əksini tapıb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG