Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

Brüsseldə «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirləri görüşür


-
İyulun 23-də Brüsseldə «Şərq Tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

Görüşdə 6 ölkənin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun xarici işlər nazirləri Avropa Birliyi təmsilçiləri ilə tərəfdaşlıq proqramının reallaşdırılması perspektivlərini müzakirə edəcəklər.

«Şərq Tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin ilk görüşü 2009-cu il dekabrın 8-də Brüsseldə keçirilib.

Bu cür görüşlər ildə bir dəfə keçirilir.

«Şərq Tərəfdaşlığı» - Avropa Birliyinin MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür.

Proqram rəsmi olaraq mayın 7-də Avropa Birliyinin Praqa sammitində qüvvəyə minib. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG