Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

«Araz» futzal klubunun UEFA kubokunda rəqibləri məlum olub


-
İyulun 4-də İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Mübarizəyə əsas mərhələdə başlayacaq Naxçıvanın «Araz» klubu, püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

Onun rəqibləri Hollandiyanın «Eindhoven», Macarıstanın «Györ» klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq klub olacaq.

İlkin mərhələnin C qrupunda «EID Futsal» (İrlandiya), «Allstars W.N.» (Avstriya), «TÜFAD Ankara» (Türkiyə) və «Minerva Futsal Bern» (İsveçrə) komandaları mübarizə aparacaq. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG