Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:17

İlham İsmayıl: «İranın şairləri həbs etməsi Azərbaycandan heyf çıxmaqdır»


İranda həbsdə olan 2 azərbaycanlı şairin aqibəti...
Gözlə

No media source currently available

0:00 0:23:37 0:00
Direct-ə keçid

İran televiziyası Şəhriyar Hacızadə və Fərid Hüseyni casus kimi təqdim etdi, onların istintaq videolarını yayımladı. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq İlham İsmayıl bu barədə fikirlərini bildirir.

-
«İranın şairləri həbs etməsi Azərbaycandan heyf çıxmaqdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl İran televiziyasının azərbaycanlı şairlər - Şəhriyar Hacızadə və Fərid Hüseyni casus kimi təqdim etməsi haqda danışarkən deyib:

«Sanki bununla ilin əvvəlindən Azərbaycan xüsusi xidmət orqanlarının apardığı əməliyyatların və verdiyi bəyanatların nəticələrinə cavab verirlər. Amma bu, çox zəif və primitiv cavabdır».

İ.İsmayıl deyir ki, həmin videolarda göstərilənlər kimisə casusluqda ittiham etməyə əsas vermir:

«Bu, az qala hər bir vətəndaşın üzərində gəzdirdiyi gündəlik əşyalardır. Telefonlar və onların adaptorlarından başqa əlavə bir şey yoxdur ki, onunla şairləri casusluqda ittiham edələr. Bu telefonların da xüsusi bir özəlliyi yoxdur. Deyirlər ki, İranın strateji obyektlərinin çəkilişini aparıblar. Həmin görüntüləri ABŞ və İsrail peyk vasitəsilə asanlıqla görə bilir. Ən vacib nüvə silahı ilə bağlı obyektləridir ki, Qərb dövlətləri və İsrail onları əlinin içi kimi bilir».

İ.İsmayıl deyir ki, şairlərin guya yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyi ilə bağlı deyilənlər də əsassızdır:

«Bizim xüsusi xidmət orqanlarının belə bir məqsədi olsaydı, onu Azərbaycan ərazisindəki İran vətəndaşları arasında həyata keçirmək daha yaxşı olardı. Həmçinin, bu şairlər o şəxslərdir ki, onların nə xarici görünüşündə, nə də əməllərində belə bir təzahür ortaya çıxmayıb».

İ.İsmayıl deyir ki, Azərbaycan tərəfinin İranla əlaqədə şübhəli bilərək həbs etdiyi şəxslərin hamısı Azərbaycan vətəndaşıdır:

«Hər hansı casusluq məsələsi ilə əlaqədar İran vətəndaşı tutulmayıb. Tutulanlar İrana işləyən Azərbaycan vətəndaşlarıdır. İran onların azad olunmasını tələb edə bilməz, çünki bununla birbaşa yolla təsdiq etmiş olur ki, onlar həqiqətən İranın adamlarıdır».

Verilişi tam olaraq buradan dinlə:


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG