Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

Almaniya futbolçularını himni oxumamaqda ittiham edirlər


Futbol üzrə Avropa birinciliyindən gümüş medalla qayıdan Almaniya yığmasının oyunçularını vətənpərvər olmamaqda və Almaniya himnini oxumamaqda ittiham edirlər.

Hessenin baş naziri Volker Bouffier “Bildt” qəzetinə deyib ki, oyunçuların himn oxuması tələbi düzgündür, çünki onlar ölkə uğrunda oynayırlar, özləri üçün oynamırlar.

Bavariyanın baş naziri Joachim Herrmann isə hesab edir ki, himni oxumaq istəməyən qoy, öz klubunda qalsın, yığmaya gəlməsin.

Ancaq Almaniyada hətta məktəblərdə himnin öyrənilməsi məcburi deyil. Bu, Almaniya federasiyasını yaradan hər bir yerin öz istəyindən asılıdır.
Konservativ Bavariyada himni əzbərləmək məktəblərdə məcburidir.
Berlində isə sinif müəllimi müəyyən edir ki, şagirdlər himni öyrənsinlər yoxsa yox.

Günün bütün mövzuları

XS
SM
MD
LG