Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:29

Ukraynada rus dili əleyhinə etirazlar genişlənib


Dünəndən Ukraynada dil siyasəti haqqında qanun əleyhinə başlayan etirazlar genişlənib. Etirazlar əvvəlcə Kiyevdə başlayıb. Aksiyaçılar Xarkov və Lvovda da küçələrə çıxıb.

Ukrayna Ali Radasının spikeri Volodymyr Lytvyn rus dilinin statusu haqqındakı qanuna etiraz edərək ietefa verib.

İyulun 3-də Ukrayna Ali Radası dil siyasəti haqqında qanun layihəsini qəbul edib. Prezident Viktor Yanukovich qanun layihəsini imzalayarsa, rus dilinə əhalinin ən azı 10 faizinin bu dildə danışdığı bölgələrdə regional dil statusu veriləcək.

Bu, Ukraynanın 27 inzibati-ərazi vahidindən 13-də rus dilinə regional dil statusu verilməsi deməkdir.
XS
SM
MD
LG