Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Sərhəd bölgəsində kartof əkininə maraq artıb


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


2 may 2012. Sayı: 80(20.485)

DƏRƏKƏNDİN YENİ NÖVRAĞI

...Kənddə inşa olunan digər obyekt isə xidmət mərkəzi üçün nəzərdə tutulub. Burada ərzaq və təsərrüfat malları mağazaları, bərbər, qadın gözəllik salonu və ət satışı dükanı fəaliyyət göstərəcək.

Təbii ki, kiçik bir kənddə eyni vaxtda 3 obyektin inşası hər kəsi fərəhləndirir. Kənddə rastlaşıb söhbət etdiyimiz insanların da üzündən bu sevinc hissləri aydın seçilirdi. Yaşı 85-i haqlamış kənd sakini Hüseyn Həsənov:

- Gördüyünüz kimi, kəndimizdə geniş quruculuq işləri aparılır. İndi yurdumuz əsl tikinti meydançasına çevrilib. Aparılan quruculuq işləri dərəkəndlilərin, o cümlədən də mənim ürəyimi sonsuz qürur hissi ilə doldurub. Bütün bunları dövlətimiz insanların yaxşı yaşaması üçün edir. Kəndimizin sakinləri bu işləri yüksək qiymətləndirirlər.
Kəndin icra nümayəndəsi Bəxtiyar Hacıyevlə söhbətimiz Dərəkənddə əhalinin məşğuliyyət sahələri barədə oldu. Öyrəndik ki, 266 təsərrüfatda 1129 nəfər əhali yaşayır. 162 hektar ümumi torpaq sahəsinin 127 hektarı əkinəyararlıdır. Müsahibim əvvəlcə kənddə daha çox inkişaf etdirilən meyvəçilikdən söz saldı....

SƏRHƏD BÖLGƏSİNDƏ KARTOF ƏKİNİNƏ MARAQ ARTIB

Kartof süfrələrin bəzəyi, Azərbaycan mətbəxində ən çox işlədilən ərzaq məhsuludur. Sədərək rayonunda da bu sahənin inkişafına ciddi önəm verirlər. Bölgədə kartofçuluq həm intensiv, həm də ekstensiv yolla inkişaf etdirilir.

Rayonun Sədərək və Qaraağac kəndlərinin kartofbecərənləri Rəşid Nəsirov, Həbib Məmmədov, Dərya Cabbarov, Şahin Bağırzadə və Nurəddin Əliyev hərəsi 2-3 hektar sahədə toxum basdırmışlar. Fevral ayında əkilən tarlalarda isə becərmə tədbirlərinə başlanılmışdır.

...Bu günlərdə kartof əkininin vəziyyəti ətraflı araşdırılaraq rayon İcra Hakimiyyətində müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bölgədə kartof əkininə mütəşəkkil başlanılmış, işlər uğurla gedir. Tapşırılmışdır ki, sahələrdən bol məhsul götürülməsi üçün bundan sonra da kartof yetişdirilməsi ilə məşğul olanlara hər cür qayğı və kömək göstərilsin, həvəsləndirmə tədbirləri həyata keçirilsin. Bütün bunlar torpaq mülkiyyətçilərini daha yaxşı işləməyə ruhlandırır. Onlar hələlik 85 hektarda kartof əkinini başa çatdırmışlar. Daha 5 hektar sahədə əkin keçirilməsi nəzərdə tutulmuşdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Yaz əkini kampaniyası mütəşəkkil aparılır
- Azərbaycan təbiətinin hamisi
- Heydər Əliyev siyasi uğurlara aparan yoldur
XS
SM
MD
LG