Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20

Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanıb


Arxiv foto
Arxiv foto
Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb. Onlar Azərbaycandan İrana spirtli içki qaçaqmalçılığında təqsirləndirirlər. Hadisə yerindən sərhəd pozucularına məxsus külli miqdarda müxtəlif növ spirtli içkilər, GPS cihazı və mobil telefonlar aşkar edilib.

Bu barədə iyulun 4-də Dövlət Sərhəd Xidmətindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir. Məlumata görə, iyunun 23-ü saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin «Astara» Texniki Müşahidə Məntəqəsi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində naməlum hədəf aşkar olunub. 3 nəfərdən ibarət olan qayıqdakılar «dayan» komandasına məhəl qoymayıblar. Bu zaman havaya xəbərdarlıq atəşi açılıb. Qayıqdakılar buna məhəl qoymadığı üçün sərhəd naryadı tərəfindən qayıq istiqamətində atəş açılıb və nəticədə sərhəd pozucularının qayığının mühərriki sıradan çıxıb və onlar yaxalanıblar.

SAXLANANLAR HAQDA CİNAYƏT İŞİ BAŞLANIB

İlkin araşdırmalar zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslər – İran vətəndaşları Lotfollahi Kömərz Fərəməz oğlu, Huzuri Rəsul Fərzulla oğluİmampur Kuruş Zeydulla oğlu Azərbaycandan spirtli içki aparmağa cəhd göstəriblər. Onlar bu işi qabaqcadan əlbir olan bir qrup şəxs halında həmvətənləri Zarei Rasoul Navid oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Nəriman Səmai adlı şəxsin təşkilatçılığı ilə görüblər. Onlar Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq «Layner» tipli «Yamaha 200» mühərrikli qayıqla İrandan Azərbaycana gəliblər. Azərbaycana rəsmi yolla gələn R. Zarei ilə görüşüb qaçaqmalı qəbul edib İrana aparmaq istəyiblər. R. Zarei «Biləsuvar» sərhəd nəzarət məntəqəsində İrana getmək istəyərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.

Onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hələlik İran səfirliyi bu insidentlə bağlı şərh verməyib.

İyulun 3-də İran televiziyası bu ölkədə həbs olunan Azərbaycan yazarları - Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynlə bağlı yeni video-material yayımlanıb.

Məlumatda «Press TV» saytı İranın təhlükəsiz qurumundakı adı çəkilməyən mənbəyə istinadən Azərbaycan şairlərinin casusluqda ittiham olunduğunu bildirir.
XS
SM
MD
LG