Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Ukrayna Ali Radasının spikeri rus dilinə görə istefa verib [Video]


İyulun 4-də Ukrayna Ali Radasının spikeri Volodymyr Lytvyn parlamentin iclasında istefa verib. O, rus dilinin statusu haqqındakı qanuna etiraz edərək istefa verib.

Lytvyn deyib ki, qanun layihəsi qəbul olunmaq üçün hazır deyilmiş.

Kiyevin mərkəzindəki Ukrayna Evinin yanında isə yüzlərlə adam rus dilinin statusu ilə bağlı qanuna etiraz edərək küçələrə çıxıb.

Keçmiş spiker Volodymyr Lytvyn parlamentdə 2010-cu ilin dekabrında qarşıdurma zamanı deputatların istifadə etdikləri zənciri göstərir.

Keçmiş spiker Volodymyr Lytvyn parlamentdə 2010-cu ilin dekabrında qarşıdurma zamanı deputatların istifadə etdikləri zənciri göstərir.

Dünənki səsvermə spikerin iştirakı olmadan keçirilib. Gecə isə Ukrayna Evinin yaxınlığında qanunun əleyhdarları ilə xüsusi təyinatlı milislər arasında qarşıdurma olub.

İyulun 3-də Ukrayna Ali Radası dillər haqqında qanun layihəsini qəbul edib. Prezident Viktor Yanukovich qanun layihəsini imzalayarsa, rus dilinə əhalinin ən azı 10 faizinin bu dildə danışdığı bölgələrdə regional dil statusu veriləcək.

Bu, Ukraynanın 27 inzibati-ərazi vahidindən 13-də rus dilinə regional dil statusu verilməsi deməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG