Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Hilal Məmmədov dövlətə xəyanətdə günahlandırılır


Külli miqdarda narkotik vasitə saxlamaqda ittiham olunan hüquq müdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova əlavə ittihamlar irəli sürülüb.

Onun vəkili Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, Hilal Məmmədov indi həm də dövlətə xəyanətdə və etnik ayrı-seçkilikdə təqsirləndirilir:

«İyulun 3-də mən müstəntiqlə birlikdə Hilal Məmmədovla görüşdüm. O dedi ki, ona qarşı irəli sürülən bütün ittihamlar saxtadır, ona görə də istintaqa ifadə verməyəcək».

Anar Qasımlı onu da əlavə edib ki, cinayət işi Bakı şəhər Nizami rayonu Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə verilib.

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihamlar təsdiqlənərsə, onu 15 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG