Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Suriya müxalifəti Qahirədə müzakirələri davam etdirir


Suriya müxalifətinin üzvləri ikinci gündür ki, Qahirədə danışıqlar aparırıar.

Məqsəd Suriyada hakimiyyətin verilməsilə bağlı vahid mövqe hazırlamaqdır.

Görüşü Ərəd Dövlətləri Liqası, Türkiyə və digər ərəb ölkələri təşkil edib.

Bu ölkələr Suriya müxalifətini birləşməyə və Bashar Assad rejiminə alternativ ola bilən hökumət yaratmağa çağırıblar.

Konfransda 200-ə yaxın müxalifət nümayəndəsi iştirak edir.

Amma Bashar Assad rejiminə qarşı silahlı mübarizə aparan Suriya Azadlıq Ordusu konfransı baykot edir.

Bu arada Human Rights Watch təşkilatı Suriyada dinc sakinlərə işgəncələr verilməsindən dərin narahatlığını bildirib.

Təşkilatın yaydığı hesabatda deyilir ki, işgəncə və insanlarla amansız davranış Suriyada dövlət siyasətinə çevrilib.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay isə zorakılıqlara görə hər iki tərəfin cavabdehlik daşıdığını bəyan edib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir. BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG