Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:31

Yaponiya Medvedevin Kuril adasına səfərinə etiraz edib


Rusiyanın baş naziri Dimitri Medvedev Uzaq Şərqə səfərini başa vurur.

O çərşənbə axşamı Saxalin vilayəti, cənubi Kurildəki Kunaşir adası və Kamçatkaya baş çəkib.

Yaponiya Medvedevin Kuril adasına səfərinə rəsmi etiraz bildirib.

Rusiyanın Yaponiyadakı səfiri Yevgeni Afanasyev məsələyə aydınlıq gətirmək üçün
Yaponiyanın xarici işlər nazirliyinə çağırılıb.

Yaponiya Kurildəki 4 adaya iddia edir.

Rusiya isə deyir ki, bu adalar İkinci Dünya Müharibəsinin Sonunda keçmiş SSSR-nin tərkibinə keçib.
XS
SM
MD
LG