Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

AZAL Bakı-Təbriz marşrutu ilə uçuşlara başlayıb


İyulun 3-dən «Azərbaycan Hava Yolları» (AzAL) şirkəti Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

AzAL-dan «APA»ya verilən məlumata görə, noyabrın 27-dək davam edəcək uçuşlar hər həftənin II və V günləri müvafiq olaraq saat 22:00-da və 01:15-də «ATR-42» tipli təyyarələrlə həyata keçiriləcək. Hər iki istiqamətdə bir biletin minimal qiyməti 190 manatdır.

Hazırda Təbriz-Bakı-Təbriz aviareysini İranın «Kish Air» aviaşirkəti də yerinə yetirir. Şirkət Bakıdan Təbrizə uçuşları hər həftənin VI günləri saat 14:15-də «Douglas» tipli avialaynerlə həyata keçirir. Hazırda «Kish Air» şirkətinin Bakı-Təbriz-Bakı aviareysinə biletin qiyməti 159 manat təşkil edir.

Hazırda AZAL və «Iran Air» aviaşirkətləri Bakı-Tehran aviareysi üzrə də uçuşlar yerinə yetirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG