Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:50

Azərbaycanda qeyri-sabit hava iyulun 11-dək olacaq


Azərbaycanda hazırda müşahidə edilən qeyri-sabit hava şəraiti iyulun 11-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, iyulun 11-dək fasilələrlə, xüsusən gecə və axşam saatlarında respublikanın rayonlarında yağıntı müşahidə olunacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Tağıyeva bildirib ki, hazırda Rusiyanın qərbində isti hava kütlələri hökm sürür. Avropanın bir sıra ölkələrində də isti hava şəraiti müşahidə edilir.

"Amma Azərbaycanda fərqli vəziyyətdir. Nisbətən soyuq hava kütləsi hazırda Türkiyənin şərq bölgəsini, Cənubi Qafqazı, o cümlədən Azərbaycanı əhatə edir. İyulun 11-dək də ölkə ərazisi bu sərin hava kütlələrinin təsiri altında olacaq", - büro direktoru qeyd edib.

İyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.
XS
SM
MD
LG