Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

İran İsraili vura biləcək raketindən sınaq atəşi açıb


İran mediası məlumat verir ki, İslam Respublikasının hərbçiləri rəqib ölkə İsraili vura bilən orta mənzilli Şahab-3 ballistik raketindən sınaq atəşi açıb.

İran deyir ki, Şahab-3 raketi 2000 km-lik ərazini tuta bilir.

İsrail İrandan təxminən 1000 km aralıda yerləşir.

Raket “Böyük peyğəmbər 7” hərbi məşqlərin bir hissəsi olaraq sınaqdan keçirilib. Bu hərbi təlimlər iyulun 2-də Tehranın nüvə proqramına qarşı Qərbin təzyiqlərinin genişlənməsinin, o cümlədən Avropa Birliyinin İran neftinə qoyduğu embarqonun qüvvəyə minməsinin ardınca keçirilməyə başlanıb.

İran deyib ki, bu hərbi təlimlər onun nümayişinə yönəlib ki, ölkə kənar qüvvələrin hər hansı düşmən hərəkətlərinə cavab verəcək qüvvəyə sahibdir.

İranın müharibə “məşqləri” iyunun 3-də İstanbulda İrandan və dünyanın 6 ölkəsindən ekspertlərin nüvə mübahisəsilə bağlı texniki danışıqlar apardığı bir vaxta təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG