Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24
Prezident Bashar Al-Assad Türkiyənin «Cümhuriyyət» qəzetinə müsahibəsində deyib ki, Suriya qüvvələrinin türk pilotunu vurmamış olmasını istərdi. O həmçinin bildirib ki, qonşu ölkələr arasındakı son gərginlik dalğasının açıq müharibəyə çevrilməsinə imkan verməyəcək.

Assad deyib ki, iyunun 22-də təyyarə vurulandan sonra Suriya qüvvələri onun Türkiyəyə aid olduğunu bilib. O, vurulma üçün «100 faiz» peşmançılıq hissi keçirdiyini açıqlayıb.

NATO üzvü Türkiyə bu hadisəyə Suriya sərhədində silahlı qüvvələrini möhkəmlətməklə və hər hansı hərbi müdaxiləyə qarşı hərbi güclə cavab verəcəyi xəbərdarlığı ilə reaksiya verib.

Suriyada bir ildən artıqdır davam edən döyüşlərlə əlaqədar minlərlə qaçqın Türkiyəyə axın edib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG