Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Prezident London Olimpiadasına gedənlərlə görüşüb


İyulun 3-də Bakıda Heydər Əliyev Mərkəzində Londonda keçiriləcək XXX yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan heyətinin yola salınması mərasimi keçirilib.

APA-ın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, idmançılar iştirak ediblər.

London Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan nümayəndə heyətinin üzləri də tədbirdə çıxış ediblər. Sonda idmançılar Azərbaycan bayrağını öpərək and içiblər.
XS
SM
MD
LG