Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Assad "Türkiyəylə müharibəyə imkan verməyəcəm"


Prezident Bashar Al-Assad Türkiyənin “Cümhuriyyət” qəzetinə müsahibəsində deyib ki, Suriya qüvvələrinin türk pilotunu vurmamış olmasını istərdi. O həmçinin bildirib ki, qonşu ölkələr arasındakı son gərginlik dalğasının açıq müharibəyə çevrilməsinə imkan verməyəcək.

Assad deyib ki, iyunun 22-də təyyarə vurulandan sonra Suriya qüvvələri onun Türkiyəyə aid olduğunu bilib. O, “100 faiz” vurulma üçün peşmançılıq hissi keçirdiyini açıqlayıb.

NATO üzvü Türkiyə bu hadisəyə Suriya sərhədində silahlı qüvvələrini möhkəmlətməklə və hər hansı hərbi müdaxiləyə qarşı hərbi güclə cavab verəcəyi xəbərdarlığı ilə reaksiya verib.

Suriyada konflikti ilə əlaqədar olaraq minlərlə qaçqın Türkiyəyə axın edib.
XS
SM
MD
LG