Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Əfqanıstan Pakistandan şikayət etmək istəyir


Əfqanıstan yaşayış məntəqələrinin Pakistan ərazisindən atəşə tutulması ilə bağlı BMT-nin təhlükəsizlik şurasına müraciət etmək fikrindədir.

Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirib ki, əgər İslamabadla aparılan danışıqlar nəticə verməsə Kabil belə bir addəm atmalı olacaq.

Əfqanıstan prezidenti Hamid Karzai Pakistanın baş naziri Raji Pervez Ashrafın Kabilə gözlənilən səfəri zamanı bu barədə məsələ qaldırmaq fikrindədir.

Əfqanıstanın təhlükəsizlik xidməti Pakistan hərbçilərinin Əfqanıstanın Kunar əyalətindəki
kəndələrini atəşə tutması barədə dəlillər olduğunu və buna görə minlərlə sakinin ev-eşiyini tərk etməli olduğunu deyir.
XS
SM
MD
LG