Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

Tanınmış şirkətin əməkdaşları korrupsiyada ittiham olunur


-
«Veysəloğlu» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları barəsində cinayət işi başlanıb.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Şirkət əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edilib.

Aparılmış audit yoxlaması ilə Cəmiyyətin satış təmsilçiləri Əliyev İlqarın həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9098 manat, Vəliyev Şamilin hesabında 9525 manat, Həşimov Fuadın hesabında 5773 manat və Mahmudov Elvinin hesabında 14 648 manat – cəmi 39042 manat çatışmazlıq aşkar edilib. Bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
İttiham sübuta yetirilsə, təqsirləndirilən şəxsləri 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG