Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:01

Lavrovun Suriya müxalifəti ilə görüşü gözlənilir


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ay Suriyanın 2 müxalifət qrupu ilə görüşü gözlənilir.

Görüşdə Suriya ilə bağlı yeni sülh planı müzakirə olunmalıdır.

Şənbə günü Cenevrədə elan edilmiş bu planda Suriyada hakimiyyət və müxalifətin iştirakı ilə milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

Amma silahlı Suriya müxalifəti bu planı rədd edir.

Onlar həmçinin mühacirətdə olan Suriya müxalifətinin iştirakıyla Qahirədə keçirilən konfransı baykot ediblər.

Onlar konfransı Suriyanın müttəfiqləri Rusiya və İranın siyasi sövdələşməsi hesab edirlər.

Silahlı müxalifət hesab edir ki, prezident Bashar Assad hakimiyyətdən getməlidir.
XS
SM
MD
LG