Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:30
Daxili İşlər naziri Ramil Usubov son 18 ildə Azərbaycanda baş verən cinayətlərin statistikasını açıqlayıb.

Nazir bildirib ki, 1994-cü ildən indiyədək həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb. Nəticədə silahla törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ramil Usubov bu rəqəmləri Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə səsləndirib.

Bu haqda məlumatı APA yayıb.

ADAMÖLDÜRMƏ, SOYĞUNLUQ, QULDURLUQ AVROPA, AMERİKA DÖVLƏTLƏRİNDƏN AZDIR

Nazir bildirib ki, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə və ona cəhdlər, quldurluq, soyğunçuluq, oğurluq və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

AZƏRBAYCAN POLİSİ TƏHSİL ÜÇÜN ÇİNƏ DƏ, BRİTANİYAYA DA GEDİR

Nazirin dediyinə görə, hər il onlarca gənc Türkiyənin polis və hərbi akademiyalarına, Rusiyanın, Böyük Britaniyanın, Çinin və s. dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir:

«İndi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib».

Nazir kompleks tədbirlər nəticəsində şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunmasından da danışıb:

«Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG