Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


1 may 2012. Sayı: 79(20.484)


MUXTAR RESPUBLİKAMIZDA KEÇİRİLƏN NÖVBƏTİ İMƏCİLİKLƏR DƏ ÖZ MÜTƏŞƏKKİLLİYİ İLƏ YADDA QALMIŞDIR

Ötən həftə keçirilən növbəti şənbə iməciliklərində də bütün idarə təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, özəl bölmələrin nümayəndələri ilə yanaşı, sakinlər də yaxından iştirak ediblər. Yaşından, peşəsindən asılı olmayaraq, hamı iməciliklərə həvəslə çıxıb. Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində iməciliyə çıxan insanlar müxtəlif ünvanlarda yaşıllaşdırma tədbirləri həyata keçiriblər.

Naxçıvan şəhərində 5800 nəfər Naxçıvan – Sədərək magistral yolunun kənarlarında, şəhərin bütün park və xiyabanlarında ağac və gül kollarına qulluq edib.

Muxtar respublikanın ən böyük bölgələrindən olan Şərur rayonunun iməciliyə çıxan sakinləri şəhər və kəndlərdəki yaşıllıqlara aqrotexniki qulluq göstərməklə yanaşı Havuş kəndində 100 ədəd meyvə və ting əkiblər, Naxçıvan - Sədərək yolunun Püsyan kəndi hissəsindəki 18 hektarlıq meyvə bağında və Şərur şəhərində yaşıllıqlara qulluq ediblər.
Ümumilikdə iməciliklərdə 24 min 141 nəfər iştirak edib, 1260 ədədi meyvə, 200-ü həmişəyaşıl ağac, 9500-ü gül və bəzək kolları olmaqla, 10 min 960 ədəd ağac, gül və bəzək kolları əkib.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri tədqiqi, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. Başqa sözlə deyilsə, bu sahədə də böyük dahinin zəngin, dolğun nəzəri irsi ilə çoxsaylı fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.

Ümummilli liderimizin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə bütövlükdə xalq sənətinə, adət-ənənələrə, etnoqrafiyaya böyük məhəbbəti fonunda şifahi söz sənətimizin ayrı-ayrı nümunələri barədəki qiymətli fikirləri, folklorun toplanılması, nəşri, tədqiqi, gələcək nəsillərə çatdırılması yönündə həyata keçirdiyi çoxşaxəli tədbirlər xüsusi dəyərə malikdir.

...Heydər Əliyev və klassik ədəbiyyat məsələsi də xüsusi diqqət çəkir. «Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın inkişafında çox böyük rol oynayıbdır», deyən görkəmli dövlət xadimi Heydər Əliyev klassik ədəbiyyata yalnız bədii mədəniyyət faktoru kimi yanaşmamış, ona tariximizin qədimliyinin, möhtəşəmliyinin ifadəsi baxımından da yüksək qiymət vermişdir.

...Ümumiyyətlə, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir», deyən ulu öndər Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı son dərəcə mühüm dəyərə malikdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Əsas məqsəd keyfiyyətli məhsul istehsal etməkdir
- Aqrar sahənin inkişafı Kəngərli rayonunda da öz bəhrəsini verir
- Smitson institutunun əməkdaşları universitetdə olublar
XS
SM
MD
LG