Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 01:59

NATO-nun Əfqanıstandakı komandanı Pakistana gedib


NATO-nun Əfqanıstandakı komandanı John Allen Pakistana gedib. Pakistan rəhbərliyi iə danışıqlar Əfqanıstana hərbi yüklərin adaşınması üçün nəqliyyat yolunun açılması ilə bağlı olacaq.

Mətbuatın məlumatına görə, Allen artıq Pakistan ordusunun komandanı, general Ashfaq Kayani, və bu ölkənin daxili və xarici işlər nazirləri ilə görüşüb. Danışıqlarda ABŞ-ın Pakistandakı səfiri də iştirak edib.

Danışıqların nəticələri hələlik məlum deyil.

2011-ci ilin noyabrında NATO-nun hava zərbələri nəticəsində 24 Pakistan hərbçisi öldürülmüşdü. Bundan sonra Pakistan NATO qüvvələrinə yük aparan yolu bağlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG