Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:55

Meksikada müxalifətin namizədi qalib gəlib



Meksikada keçirilən prezident seçkilərində müxalifətin namizədi Enrique Pena Nieta qalib gəlib. O səslərin 40 faizini qazanıb. Solçu namizəd Andres Manuel Lopez Obrador ikinci olub. Hakimiyyətdəki PAN partiyasının namizədi Josefina Vazquez Mota isə məğlub olduğunu elan edib.

Enrique Pena Nietanın rəhbərlik etdiyi inqilabçı PRI Partiyası 12 il əvvəl hakimiyyətdən getmişdi. Bu partiya keçən əsrdə Meksikada 70 il hakimiyyətdə olub.

Enrique Pena Nietanın seçki kampaniyası narkotiklərlə mübarizəyə və ölkə iqtisadiyyatının inkişafına həsr olunmuşdu.

Son illər Meksikada narkotika ticarəti ilə mübarizədə 50 mindən artıq adam ölüb.
XS
SM
MD
LG