Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Avstraliyada dəm qazlarına görə vergi ödəniləcək


Bazar günü Avstraliyada havaya atılan dəm qazlarına görə vergi tətbiq edilməsinə qarşı çoxminlik mitinq keçirilib.

Artıq qüvvəyə minən qanun hava, metallurgiya və istilik elektrostansiyaları da daxil olmaqla 300 şirkətə aid olacaq.

Bu şirkətlər havaya buraxılan hər min ton tullantıya görə 24 dollar ödəyəcəklər.

Qanuna qaşı çıxanlar hesab edirlər ki, bu ev-təsərrüfat xərclərinin artmasına və
iqtisadiyyatın bir sıra sahələrində iş yerlərinin ixtisarına səbəb olacaq.

Müxalifətdə olan Liberal partiyası bəyan edib ki, yaxın seçkilərdə qalib gələcəyi halda yeni vergini ləğv edəcək.
XS
SM
MD
LG