Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07
-


Son iki gündə Daşkəsəndə və Goranboyda yağan leysan yağışları təsərrüfata və evlərə ciddi ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, daşqınlar bəzi yerlərdə elektrik xətlərini sıradan çıxarıb, yolları yuyub. Əkin sahələrinə ziyan dəyib.

Goranboy rayonunda 15 kənddə müxtəlif tikililərə, evlərə ziyan dəyib. 7 körpü dağılıb. Rayonun elektrik təchizatı pozulub.

Güclü küləklər və leysan ölkənin bəzi aran rayonlarına da ziyan vurub. Ağcabədi rayonunun Taxtakörpü kəndində Laçın qaçqını olan 24 yaşlı Şəhrəman İmranovu ildırım vuraraq öldürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG