Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Suriyanın müxalifət nümayəndələri Qahirəyə yığışır


Suriya müxalifətinin nümayəndələri Ərəb Dövlətləri Liqasının rəhbərliyi ilə Misirdə keçirilən konfransa yığışırlar.

200-ə yaxın nümayəndənin iştirak edəcəyi konfransda Suriya böhranının həlliylə bağlı vahid platformanın hazırlanması müzakirə olunacaq.

Konfransa BMT təhlükəsizlik şurasının 5 daimi üzvü, habelə Küveyt, Qətər və İraqın nümayəndələri dəvət olunublar.

Bundan əvvəl Cenevrə görüşündə Suriyada milli birlik hökuməti yaradılması ilə bağlı bəyannamə qəbul edilib.

Amma Rusiya və Çinin təkidi ilə sənəddə Suriya prezidenti Bashar Assadın istefası ilə bağlı bənd salınmayıb.

Suriya hökumət qoşunlarının bazar günü Hama əyalətindəki yaşayış məntəqələrini atəşə tutması nəticəsində azı 5 adam ölüb.
XS
SM
MD
LG